• Bakı 16° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Mikroavtobus AŞDI - Ölən və xəsarət alanlar var - FOTO

HADİSƏ

03 Noyabr 2024 | 10:08 | Müəllif: Subhan Mahmudov

Mikroavtobus AŞDI - Ölən və xəsarət alanlar var - FOTO

Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, "Mercedes Vito" markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində 1 nəfər - 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı habelə daha 7 nəfər - 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva və 2020-ci il təvəllüdlü A.Həbliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 4 yaşlı A.Həbliyevin vəziyyəti ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti kafi və orta-ağırdır.

Qeyd edək ki, ölən və zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan "Mercedes Vito" markalı mikroavtobusda olan sərnişinlərdir.

Faktla bağlı araşdırma aparılır.


Mikroavtobus AŞDI - Ölən və xəsarət alanlar var - FOTOMikroavtobus AŞDI - Ölən və xəsarət alanlar var - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026