• Bakı 18° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bir ailənin 4 üzvü qazdan ZƏHƏRLƏNDİ

HADİSƏ

02 Dekabr 2024 | 20:05 | Müəllif: Subhan Mahmudov

Bir ailənin 4 üzvü qazdan ZƏHƏRLƏNDİ

Şəki rayonunun Kiş kəndində yaşayan Abdullayevlər ailəsinin dörd üzvü xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən Kiş kənd sakinləri 30 yaşlı Taryel Abdullayev, həyat yoldaşı 31 yaşlı Billur Abdullayeva, eləcə də övladları 5 yaşlı Fərid və 1 yaşlı Məhəmməd dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Ailə üzvlərinə xəstəxananın Təcili tibbi yardım şöbəsində ilkin tibbi yardım göstərilib. Onlar daha sonra palataya köçürülüblər.

Həkimlər ailə üzvlərinin vəziyyətlərinin sabitləşdiyini, həyatı təhlükənin sovuşduğunu bildirib. Abdullayevlərin müalicəsi xəstəxanada davam etdirilir.

Hadisənin təfərrüatı araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026