"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasın hazırkı klubunda davam etdirmək istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Kicker"ə açıqlamasında bildirib: “Mançester Siti"də çox xoşbəxtəm. 2023-cü ildən sonra da burada oynamağa davam etmək istəyirəm. Hələlik konkret müqavilə müzakirələri yoxdur. Bizim yaxşı münasibətimiz var. Mən səbirliyəm, bu, təcili deyil”
Qeyd edək ki, 31 yaşlı oyunçu 2016-cı ildə 27 milyon avroya "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçib. Onun klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayı başa çatır.(qol.az)
















