• Bakı 18° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Könül Vəlibəylinin qızı da xəstəxanaya yerləşdirilib - Vəziyyəti orta ağırdır

HADİSƏ

22 Noyabr 2025 | 11:38 | Müəllif: Əli Hüseynov

Könül Vəlibəylinin qızı da xəstəxanaya yerləşdirilib - Vəziyyəti orta ağırdır

Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova da tüstüdən zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkədə ailənin yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, 25 yaşlı Ləman Qulamova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib. 27 nəfər isə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Hazırda 7 nəfərin müalicəsi Toksikologiya şöbəsində davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026