• Bakı 22° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Daşkəsəndə silsilə oğurluqlarda şübhəli bilinən şəxslər saxlanılıb

HADİSƏ

09 Aprel 2025 | 14:29 | Müəllif: Əli Hüseynov

Daşkəsəndə silsilə oğurluqlarda şübhəli bilinən şəxslər saxlanılıb

Daşkəsən rayonunda silsilə oğurluqlarda şübhəli bilinən şəxslər tutulublar.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində talama cinayətlərində şübhəli bilinən R.Hacıyev, E.Səmədov, Ə.Süleymanov və N.Verdiyev saxlanılıb.

Araşdırmalarla onların müxtəlif vaxtlarda Daşkəsən rayonunda 5 mənzildən məişət əşyaları oğurladıqları məlum olub.

Bundan başqa, digər tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Musayev də saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026