• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Binəqədidə yük və minik maşınları toqquşdu - 1 nəfər öldü

HADİSƏ

12 Aprel 2024 | 09:29

Binəqədidə yük və minik maşınları toqquşdu - 1 nəfər öldü

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Novxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, 09.04.2024-cü il tarixdə saat 14:00 radələrində Qarayev Mübariz Nizami oğlu idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Allahverdiyev Mahir Adif oğlunun idarə etdiyi “Kia-sorenta” markalı avtomobil toqquşub.

Nəticədə hər 2 sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Sumqayıt şəhər Təcili Yardım xəstəxanasına yerləşdirilib.

M.Allahverdiyev 09.04.2024-cü il tarixdə saat 18:00-da aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026