• Bakı 13° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Marixuana təsiri altında taksi işləyən sürücü saxlanılıb - FOTO

HADİSƏ

11 May 2024 | 09:02

Marixuana təsiri altında taksi işləyən sürücü saxlanılıb - FOTO

Saatlıda marixuana qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

DİN-dən Bakıaxtı.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtomobilin dövlət qeydiyyat nişanlarına və konstruksiyasına dəyişiklik edən, çoxavazlı səs siqnalı quraşdıran, sərxoş vəziyyətdə və müvafiq sənədləri olmadan avtomobil idarə edən 45 sürücü müəyyən edilib.

Onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Tədbir zamanı narkotik vasitə marixuana qəbul edərək taksi fəaliyyəti ilə məşğul olan rayon sakini S.Mollayev də saxlanılıb. Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.


Marixuana təsiri altında taksi işləyən sürücü saxlanılıb - FOTOMarixuana təsiri altında taksi işləyən sürücü saxlanılıb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026