• Bakı 13° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda anadan azyaşlı övladına qarşı dəhşətli əməl - Qonşular gizli çəkdi - VİDEO

HADİSƏ

31 Oktyabr 2024 | 10:25

Bakıda anadan azyaşlı övladına qarşı dəhşətli əməl - Qonşular gizli çəkdi - VİDEO

Bakıda ananın azyaşlı övladına şiddət göstərdiyi iddia olunur.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisənin paytaxtın Nizami rayonunda, mənzillərin birində baş verdiyi bildirilir.

Məlumata görə, ana ağlayan azyaşlı övladına qarşı şiddət tətbiq edib, onu təhqir edərək kəmərlə döyməklə hədələyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər nəzarətə götürülüb və araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026