• Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxundu

HADİSƏ

30 Noyabr 2024 | 09:23

Casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxundu

Azərbaycanda xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən Sohrabi Akbar Ghesmat adlı əcnəbiyə hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Sohrabi Akbar Ghesmat Azərbaycan vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərib və strateji obyektlərlə bağlı məlumatları toplayıb dövlət təhlükəsizliyinə zidd olaraq digər ölkəyə ötürüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026