• Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Aviaqəzada həlak olan Balakən sakinlərinin nəşləri ailələrinə təhvil verilib

HADİSƏ

29 Dekabr 2024 | 13:25

Aviaqəzada həlak olan Balakən sakinlərinin nəşləri ailələrinə təhvil verilib

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan səkkiz nəfərin nəşi Balakən rayonuna gətirilib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, qəzada həlak olan Balakən rayon Meşəşambul kənd sakini 1972-ci il təvəllüdlü Mələykə Murtuzəli qızı Anqbazovanın, Xalatala kənd sakini 1990-cı il təvəllüdlü Həmzət Muhuma oğlu Qurbaçovun, Yeni Şərif kənd sakinləri 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayeva və 1960-cı il təvəllüdlü Mömünət Şəhmir qızı Qoqamovanın, Şərif kənd sakinləri olan iki qardaş - 1968-ci il təvəllüdlü Rəşid Abbas oğlu Qıstarov və 1962-ci il təvəllüdlü İbrahim Qıstarovun, Şambul kənd sakini 1988-ci il təvəllüdlü Yadigar Seyfəddin oğlu Mehdiyev və Qullar kənd sakini 2004-cü il təvəllüdlü Mahmud Muhumahacı oğlu Tütünçüyevin nəşi bu gün səhər saatlarında ailələrinə təhvil verilib.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 9-u qəza zamanı həyatını itirib.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.


Aviaqəzada həlak olan Balakən sakinlərinin nəşləri ailələrinə təhvil verilibAviaqəzada həlak olan Balakən sakinlərinin nəşləri ailələrinə təhvil verilibAviaqəzada həlak olan Balakən sakinlərinin nəşləri ailələrinə təhvil verilibAviaqəzada həlak olan Balakən sakinlərinin nəşləri ailələrinə təhvil verilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026