• Bakı 20° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Anasını taksi ilə evə çağıraraq öldürüb - Sabunçudakı qətlin təfərrüatı - VİDEO

HADİSƏ

26 Yanvar 2026 | 21:40 | Müəllif: Subhan Mahmudov

Anasını taksi ilə evə çağıraraq öldürüb - Sabunçudakı qətlin təfərrüatı - VİDEO

Yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində ağır qətl hadisəsi baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası, 1959-cu il təvəllüdlü Həyat Ağayevanı qətlə yetirməkdə ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, hadisə günü Emil Ağayev həyat yoldaşı ilə qayınanasının evində qalıb. Səhər saatlarında isə öz evinə qayıdaraq anasının işdən gəlməsi üçün taksi göndərib. Həyat Ağayeva evə daxil olduqdan sonra o, bıçaqlanaraq öldürülüb.

Qonşular bildiriblər ki, ailə sakit və münaqişəsiz tanınıb, hadisə hər kəsi təəccübləndirib. Digər bir qonşu isə Emil Ağayevin narkotik istifadəçisi olduğunu iddia edib.

Faktla bağlı araşdırma aparılır.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026