• Bakı 22° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Yuxudan duran kimi qəhvə içmək zərərlidir - Kardioloq açıqladı

CƏMİYYƏT

05 Sentyabr 2025 | 01:31 | Müəllif: Subhan Mahmudov

Yuxudan duran kimi qəhvə içmək zərərlidir - Kardioloq açıqladı

Qəhvə milyonlarla insanın səhərinin ayrılmaz hissəsidir. Lakin, həkim-kardioloq Anastasiya Şçerbakın fikrincə səhər qəhvəsini dərhal yuxudan sonra içmək düzgün deyil.

Bakıvaxtı.az bildirir ki, yuxudan sonra bədəndə kortizol səviyyəsi yüksək olur və qəhvənin təsiri zəifləyir, mədə isə qıcıqlana bilər.

Həkim tövsiyə edir ki, ilk fincan 1,5-2 saat sonra və ya səhər yeməyi və ya qəlyanaltı ilə birlikdə içilsin.

Gündə maksimum kofein dozası 400 mg, bir dəfəlik isə 200 mg-dır. Həddindən artıq kofein yuxusuzluq, əsəbilik, təzyiqin artması və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

Şçerbak vurğulayır ki, qəhvənin faydalı olması üçün balanslı qəbul edilməlidir./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026