Nəsimi rayonu ərazisində yüksək məvacibli iş təklif edərək vətəndaşları dələduzluq yolu ilə aldadan 26 yaşlı Ə.Əkbərov və 35 yaşlı T.Əzizi polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Bakıvaxtı.az xəbər verir ki, onların iki nəfərin etibarından sui-istifadə edərək 28 min manat pul vəsaitini dələduzluq edərək eldə etdikləri müəyyən edilib.
Araşdırmalar aparılır. /lent.az
Bakı 




