Süfrəmizin ən adi qidalarından biri olan kartof əslində düşündüyümüz qədər zərərsiz deyil. Xüsusilə qızardılmış formada tez-tez istifadə edildikdə, bu məhsul sağlamlıq üçün ciddi risklər yarada bilər.
Bakıvaxtı.az xəbər verir ki, kartof yüksək karbohidrat tərkibinə malikdir və tez həzm olunduğu üçün qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur. Bu isə zamanla çəki artımı, halsızlıq və hətta insulin balansının pozulmasına gətirib çıxara bilər.
Ən təhlükəli tərəfi isə yüksək temperaturda qızardıldıqda ortaya çıxır. Bu zaman zərərli maddələr əmələ gəlir ki, onlar orqanizmə mənfi təsir göstərir və uzun müddətdə müxtəlif xəstəliklərin yaranma riskini artırır.
Bundan əlavə, çox kartof istehlakı bədəndə köp, şişkinlik və həzm problemlərinə də səbəb ola bilər. Xüsusilə həssas mədəsi olan insanlar bu təsirləri daha çox hiss edir.
Amma tamamilə imtina etmək şərt deyil. Əsas məsələ düzgün hazırlanma və ölçüdür. Qaynadılmış və ya sobada bişmiş kartof daha təhlükəsiz seçim hesab olunur.
Aynur
Bakı 




