• Bakı 10° C

    14.23 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Marketləri yarırmışlar: həbs edildilər

HADİSƏ

12 Aprel 2026 | 12:13

Marketləri yarırmışlar: həbs edildilər

Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

11 Aprel 2026