• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

HADİSƏ

11 Aprel 2026 | 22:36 | Müəllif: Zeynəb Rzayeva

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Aprelin 11-də saat 17:10 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 kişi, 2 qadın) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Quba Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları, göz qapağının açıq yarası və sol bud sümüyünün sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən 1962-ci il (qadın), 1963-cü il (kişi) və 2000-ci il (qadın) təvəllüdlü şəxslərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.

2000-ci il təvəllüdlü (kişi) şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR