• Bakı C

    14.23 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Səfixan Nağıyev həbs edildi

HADİSƏ

12 Aprel 2026 | 10:40

Səfixan Nağıyev həbs edildi

Ötən gün Tərtər rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 1999-cu il təvəllüdlü, əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 1995-ci təvəllüdlü Səfixan Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, hadisə kafedə baş verib. N.Aslanov kafedə mübahisə zəminində bıçaqlanıb.

Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin yolda həyatını itirib.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR

11 Aprel 2026