• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Macarıstanda parlament seçkiləri başa çatdı - YENİLƏNİB

DÜNYA

12 Aprel 2026 | 21:50 | Müəllif: Əli Hüseynov

Macarıstanda parlament seçkiləri başa çatdı - YENİLƏNİB

Macarıstanda parlament seçkiləri üzrə səsvermə üçün seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın Milli Seçki Bürosu (MSB) məlumat yayıb.

Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb. Bununla belə, həmin vaxt növbələrdə olan vətəndaşlara səs verməyə icazə verilib.

MSB-nin məlumatına görə, seçkilərdə iştirak həddi yoxdur, buna görə də səs verənlərin sayından asılı olmayaraq onlar baş tutmuş hesab olunur. Yerli vaxtla saat 18:30-a olan məlumata əsasən, seçici fəallığı 77,8% təşkil edib ki, bu da ölkə tarixində ən yüksək göstərici olub.

Məntəqələr bağlandıqdan sonra protokolların yoxlanılmasına və səslərin sayılmasına başlanılıb. İlkin nəticələrin yerli vaxtla saat 20:00-dan sonra açıqlanması gözlənilir. Bundan əlavə, artıq "exit-poll" məlumatları da dərc oluna bilər.

Seçkilərdə parlamentdəki 199 yer bölüşdürülür, onlardan 93 mandat partiya siyahıları, daha 106 mandat isə birmandatlı dairələr üzrə paylanacaq.

Əsas mübarizə hakim "FİDES - Macar Vətəndaş İttifaqı" partiyası və Xristian-Demokratik Xalq Partiyasının koalisiyası ilə müxalifətçi "Tisa" partiyası arasında gedir.

Hakim koalisiyaya baş nazir Viktor Orban, "Tisa" partiyasına isə avrodeputat Peter Madyar rəhbərlik edir.

Proqnozlara görə, əsas rəqiblərdən başqa, Laslo Torotskainin rəhbərlik etdiyi "Bizim Vətən" partiyası da 5 faizlik baryeri keçərək parlamentə daxil ola bilər.

***

20:05

Macarıstanda parlament seçkilərində seçici fəallığı ölkə tarixində rekord səviyyəyə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Milli Seçki Bürosu yerli vaxtla saat 17:00-a (Bakı vaxtı ilə 19:00) seçici fəallığının 74,23% təşkil etdiyini açıqlayıb.

Qeyd edək ki, seçki məntəqələri saat 19:00-dək açıq olacaq. Ancaq hələ səsvermənin yekunlaşmasına 2 saat qalmasına baxmayaraq, artıq seçici fəallığı 2022-ci ildə keçirilmiş seçkiylə müqayisədə 5 faiz çoxdur. 2022-ci ildə keçirilən parlament seçkilərində yekun seçici fəallığı 69,53% olub.

***

17:57

Macarıstan parlament seçkilərində günorta seçici fəallığı rekord həddə - 54,14 %-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NVI məlumat verib.

Bu rəqəm 2022-ci ilin orta göstəricisindən 14 % yüksəkdir.

***

14:22

Macarıstanda keçirilən parlament seçkilərində seçici fəallığı əvvəlki illərin rekordlarını qıraraq, yerli vaxtla saat 11:00-a (Bakı vaxtı ilə saat 13:00) olan məlumata görə 37,98% təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səsvermənin təşkilinə məsul olan Milli Seçki Bürosu (NVI) məlumat yayıb.

Büronun rəsmi saytında dərc olunan diaqram göstərir ki, səhər saat 09:00-da səsvermə hüququ olan vətəndaşların 16,89%-i seçki məntəqələrinə gəldiyi halda, cəmi iki saat sonra bu göstərici iki dəfədən çox artıb.

Yerli KİV-lərin məlumatına görə, hazırkı aktivlik 2022-ci ildə keçirilmiş əvvəlki parlament seçkiləri ilə müqayisədə xeyli yüksəkdir. Xatırladaq ki, həmin vaxt yekun seçici fəallığı təxminən 70% olmuşdu.
 

***

11:00

Macarıstanın Dövlət Məclisinə (birpalatalı parlament) parlament seçkilərində səsvermə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 06:00-da başlayıb, seçki məntəqələri saat 19:00-dək açıq olacaq.

Seçkilərdə 199 deputat yeri uğrunda mübarizə gedir. Onlardan 93-ü partiya siyahıları üzrə, 106-sı isə birmandatlı dairələr üzrə bölüşdürülüb. Hakim koalisiya — “FİDES – Macarıstan Vətəndaş İttifaqı” və onun kiçik tərəfdaşı olan Xristian-Demokrat Xalq Partiyası (XDXP) müxalif “Tisa” Partiyası ilə rəqabət aparır. FİDES-ə Baş nazir Viktor Orban, “Tisa”ya isə keçmiş hökumət rəsmisi və Avropa Parlamentinin üzvü Peter Madyar rəhbərlik edir.

Digər partiyalar arasında yalnız Laslo Torotskai-nin rəhbərlik etdiyi radikal sağçı “Bizim Vətən” Partiyasının 5 faizlik baryeri keçərək parlamentə düşə biləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2022-ci ildə keçirilmiş əvvəlki seçkilərin nəticələrinə əsasən, FİDES və XDXP ittifaqı parlamentdə 135 mandatla konstitusion çoxluq əldə etmişdi.

***

09:06

Macarıstanda parlament seçkiləri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaşlar Baş nazir Viktor Orbanın “Fides” partiyası ilə onun kiçik tərəfdaşı olan Xristian Demokratik Xalq Partiyası (KDNP) arasındakı ittifaqın hakimiyyətdə qalıb-qalmayacağına və ya müxalifətdəki “Tisza” partiyasının qalib gəlib-gəlməyəcəyi ilə bağlı qərar qəbul edəcək.

Orbanın da qeyd etdiyi kimi, Macarıstandakı parlament seçkiləri təkcə ölkə üçün deyil, həm də Ukrayna da daxil olmaqla bütün Avropa üçün çox vacibdir.

Seçki məntəqələri yerli vaxtla səhər saat 6:00-da açılacaq və axşam saat 19:00-a qədər açıq qalacaq. Milli Seçki Komitəsinin məlumatına görə, Macarıstanda və xaricdə 8,12 milyondan çox vətəndaş səs vermək hüququna malikdir.

Təxminən 500 min nəfər xaricdən poçt vasitəsilə və ya xarici nümayəndəliklərdə səs vermək hüququna malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026