Masazırda evdə qətlə yetirilən qadınların şəxsiyyəti məlum olub.
Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, öldürülən şəxslərin 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı ildə anadan olmuş Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyənləşdirilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***12:51
Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib.
Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Bakı 




