• Bakı C

    14.23 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

ABŞ-də texniki səhv qadını zəngin etdi

DÜNYA

12 Aprel 2026 | 09:00

ABŞ-də texniki səhv qadını zəngin etdi

ABŞ-də maaşının hesablanmasında baş verən yanlışlıq nəticəsində artıq ödənilmiş 19 min dolları özündə saxladığı iddia edilən qadın hakim qarşısına çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu hadisə barədə "USA Today" məlumat yayıb.

Arkanzasa bağlı Consboro şəhərinin sakini, 50 yaşlı Rene Nikol Koulman ahıl insanlara xidmət göstərən "Superior Senior Care" müəssisəsində çalışıb.

Normalda qadının saatlıq əməkhaqqı 16,50 dollar olub. Lakin 10 may 2025-ci ildə baş verən texniki səhv nəticəsində ona hər saat üçün 1650 dollar hesablanıb və bir növbəyə görə ümumilikdə 19 388 dollar ödənilib.

Şirkət rəhbərliyi səhvi aşkarlayaraq məbləğin geri qaytarılmasını tələb etsə də, Koulman pulu həyat yoldaşının yük avtomobilinin təmirinə xərclədiyini bildirərək bunu etməkdən imtina edib. Nəticədə müəssisə hüquq-mühafizə orqanlarına müraciət edib.

Müstəntiqin zəngindən sonra şübhəli şəxs əməkdaşlığa razılaşsa da, polis idarəsinə getməyib.

Aprelin 4-də saxlanılan Koulman sonradan girov qarşılığında sərbəst buraxılıb. Hazırda onu 10 min dollar cərimə və ya 10 ilədək həbs cəzası gözləyir. Təqsirləndirilən şəxsin məhkəmə prosesi mayın 18-də Kreyqhed Dairə Məhkəməsində keçiriləcək.


SON XƏBƏRLƏR

11 Aprel 2026