İspaniya təmsilçisi "Barselona" Almaniyanın "Bayer 04" klubunda çıxış edən futbolçu Kristian Kofaneni heyətinə qatmaq istəyir.
Bakıvaxtı.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar 19 yaşlı hücumçunun transferi üçün ilk addımı atmaq niyyətindədir.
Leverkuzen təmsilçisi 40 milyon avroluq təkliflər üçün danışıqlara açıqdır.
"Barselona" isə oyunçunun qiyməti artmadan keçidi yekunlaşdırmağı planlaşdırır.
Xatırladaq ki, Kamerunlu forvard 2025-ci ildə İspaniyanın "Albasete" klubundan 5 milyon avroya alınıb. Onun hazırkı müqaviləsi 2029-cu ilin yayınadək qüvvədədir.
Bakı 




