• Bakı 14° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Yük maşını ilə minik avtomobili toqquşdu - ölənlər var

HADİSƏ

04 Aprel 2025 | 09:10

Yük maşını ilə minik avtomobili toqquşdu - ölənlər var

Türkiyənin Karabük şəhərində minik avtomobili ilə yük maşınının (TIR) iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT Haber” “Anadolu”ya istinadən məlumat yayıb.

“Karabükdən [paytaxt] Ankara istiqamətində hərəkət edən <…> yük maşını ilə <…> avtomobil Karabük Sənaye Bölgəsi ərazisində toqquşub”, – məlumatda qeyd olunub. Bildirilib ki, zərbənin təsirindən avtomobil yoldan çıxaraq yol ayırıcısına düşüb.

Minik avtomobilindəki üç qadın hadisə yerində keçiniblər. Ağır yaralanan bir kişi və qadın isə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin müdaxiləsinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb.


Yük maşını ilə minik avtomobili toqquşdu - ölənlər var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR