• Bakı 17° C

    10.52 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Tovuzda avtomobillə Kürə düşən şəxslərin axtarışları davam edir - VİDEO

HADİSƏ

04 Iyun 2024 | 12:02 | Müəllif: Qalib İbrahimoğlu

Tovuzda avtomobillə Kürə düşən şəxslərin axtarışları davam edir - VİDEO

Tovuzda avtomobillə Kürə düşən şəxslərin axtarışları davam edir.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

    Qeyd olunub ki, 3 iyun 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub və dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlar başlanılıb.

    Hazırda vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə intensiv şəkildə axtarışlar davam etdirilir.

    Əlavə məlumat veriləcək.


    Tovuzda avtomobillə Kürə düşən şəxslərin axtarışları davam edir - VİDEO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Oktyabr 2026