Haitidə qədim Laferrye qalası yaxınlığında baş verən izdiham nəticəsində azı 25 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə aprelin 11-də ölkənin şimalında yerləşən Laferrye qalası ərazisində qeydə alınıb.
Haiti Milli Polisi bildirib ki, 12 nəfər hadisə yerində həyatını itirib, daha 13 nəfər isə xəstəxanada dünyasını dəyişib.
Bildirilir ki, xilasedici əməliyyatlar hazırda da davam edir. Qala UNESCO-nun Dünya irsi siyahısına daxildir və Karib regionunun ən böyük tarixi abidələrindən biri hesab olunur.
Hadisənin səbəbləri hələ rəsmi şəkildə açıqlanmayıb. İlkin ehtimallara görə, qaladakı dar keçidlərdə oksigen çatışmazlığı və əlverişsiz hava şəraitik faciəyə səbəb olub.
Bakı 




