• Bakı C

    11.89 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Nisyə maşın satmadı, bıçaqlandı - TƏFƏRRÜATLAR

CƏMİYYƏT

12 Aprel 2026 | 16:56

Nisyə maşın satmadı, bıçaqlandı - TƏFƏRRÜATLAR

Ötən gün Tərtərdə törədilən qətlin səbəbi və bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Aslanov Nabil Saleh oğlu həmkəndlisi, 1995-ci təvəllüdlü Səfixan Nağıyevin satışa çıxardığı "Niva" markalı avtomobili 1 ay sonra pulunu ödəmək şərtilə almaq istədiyini bildirib. S.Nağıyev isə avtomaşını nisyə satacağı halda pulunu ala bilməyəcəyini əsas gətirərək etiraz edib. Bundan sonra, tərəflər arasında mübahisə yaranıb və N.Aslanov S.Nağıyevə bıçaqla xəsarət yetirib.

Bu hadisədən sonra həbs edilən N.Aslanov 2 ay əvvəl azadlığıa çıxıb.

Onlar aralarında yaranmış mübahisəyə son qoymaq məqsədilə rayon ərazisindəki kafelərdən birində görüşüblər. Bu zaman S.Nağıyev keçmiş mübahisəni əsas gətirərək N.Aslanova çoxsaylı bıçaq zərbələri vurub.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Polis hadisəni törətməkdə şübhəli bilinən S.Nağıyevi saxlayaq istintaqa təhvil verib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir./Report


SON XƏBƏRLƏR