Səudiyyə Ərəbistanı Krallığın enerji infrastrukturu obyektlərinə hücumların nəticələrindən sonra "Şərq - Qərb" boru kəməri ilə neftin nəqlini tam həcmdə bərpa edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bəyanatında deyilir.
"Uğurlu əməliyyat və texniki səylər boru kəməri vasitəsilə sutkada təxminən 7 milyon barel təşkil edən tam nəql gücünü, həmçinin Manifa yatağında hasilatın həcmini sutkada təxminən 300 min barel miqdarında bərpa etməyə imkan verib. Xurays yatağına gəldikdə isə, tam istehsal gücünün bərpası üzrə işlər davam edir", - bəyanatda bildirilir.
Bakı 




