• Bakı 10° C

    12.58 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Bu şəxslər üçün attestasiya imtahanı keçirildi

CƏMİYYƏT

12 Aprel 2026 | 14:25

Bu şəxslər üçün attestasiya imtahanı keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi patent müvəkkilliyinə namizədlərin attestasiyasının birinci – test imtahanı mərhələsini keçirib.

DİM-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.

    Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

    İmtahanın müddəti 3 saatdır və namizədlərə 100 test tapşırığı təqdim olunub. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir.

    İmtahanda qeydiyyatdan keçmiş 40 namizəddən 36 nəfəri iştirak edib. 31 nəfər tələb olunan 50 və daha yuxarı bal toplayaraq növbəti mərhələyə – müsahibəyə buraxılıb. Müsahibə mərhələsi Əqli Mülkiyyət Agentliyində yaradılmış Komissiyası tərəfindən aparılacaq.

    Test imtahanı nəticələri ilə bağlı Apellyasiya Komissiyası 13–15 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.


    SON XƏBƏRLƏR

    11 Aprel 2026