• Bakı C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Pakistan sahillərində katerə hücum - Ölənlər var

DÜNYA

12 Aprel 2026 | 20:57

Pakistan sahillərində katerə hücum - Ölənlər var

Ərəb dənizinin Pakistan sahillərində sahil mühafizə katerinə hücum edilib, nəticədə üç əməkdaş həlak olub.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, hadisə bazar günü Pakistanın İranla sərhədi yaxınlığındakı sahil zonasında baş verib.

Polis və kəşfiyyat mənbələrinin məlumatına görə, kater planlı patrul xidməti həyata keçirərkən silahlı şəxslər ona atəş açıblar. Hücum nəticəsində göyərtədə olan üç əməkdaş həlak olub.

Hücuma görə məsuliyyəti qadağan olunmuş separatçı "Bəlucistan Azadlıq Ordusu" qruplaşması öz üzərinə götürüb. Qruplaşmanın bəyanatında qeyd olunur ki, dəniz akvatoriyasındakı hücum quru əməliyyatlarından sonra onun strategiyasında yeni mərhələdir.


SON XƏBƏRLƏR