Azərbaycan Premyer Liqasının XXVII turunda “Qəbələ” və “İmişli” komandaları üz-üzə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə yeganə qolu 45-ci dəqiqədə Dieqo Rollo vurub.
Bu nəticədən sonra Jorj Kaşkilyanın komandası 26 xalla turnir cədvəlinin 9-cu, Kaxaber Tsxadadzenin kollektivi isə 19 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti matçında “Turan Tovuz” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Tovuz şəhər stadionunda baş tutacaq görüş saat 18:00-da start götürəcək.
Bakı 




