• Bakı 25° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

“Sanenin “günah keçisi” edilməsinin…" - Okan Burukdan SƏRT REAKSİYA

İDMAN

28 Iyul 2026 | 11:25

“Sanenin “günah keçisi” edilməsinin… - Okan Burukdan SƏRT REAKSİYA

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Leroy Sanedən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Buruk "Sky Germany"a verdiyi müsahibədə Saneyə ünvanlanan tənqidlərə sərt reaksiya verib.

O, Saneni “günah keçisi” etməyin mənasız olduğunu vurğulayıb:

"Leroy “günah keçisi” etmək istəməyəcəyiniz son insanlardan biridir. O, hər oyunda əlindən gələni etdi və bunun üçün inanılmaz dərəcədə çox çalışıb. Təəssüf ki, bu, demək olar, bir trendə çevrilib. Düzünü desəm, Leroy Sanenin indi “günah keçisi” edilməsini bir az gülməli hesab edirəm. Onun Dünya Kuboku pis keçmədi".

Buruk Sane ilə işləmək həvəsini bildirib:

"Onu da qeyd etməliyəm ki, Leroy tətildən çox müsbət əhval-ruhiyyədə qayıdıb. O, komandada özünü çox rahat hiss edir. İndi onu formaya salmaq üçün çalışırıq və yeni mövsümdə onunla yenidən işləməyi səbirsizliklə gözləyirik".

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR