Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan məişət zorakılığı mövzusunu qabartdıqdan sonra öz təhlükəsizliyi və həyatına yönəlmiş təhdidlər aldığını iddia edib.
Bakıvaxtı.az “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Ailələrdə zorakılıq mövzusunu dilə gətirdikdən sonra həyatıma yönəlmiş təhlükə hiss edirəm”, – deyə o yazıb.
Akopyan hüquq-mühafizə və dövlət orqanlarının onun lazımi mühafizəsini təmin edəcəyinə ümid etdiyini bildirib:
“Ümid edirəm ki, dövlət qurumları belə bir şeyin baş verməsinə icazə verməyəcəklər. Çünki Baş nazirin həyat yoldaşının zorakılıq qurbanı olması ölkənin nüfuzuna böyük zərbə olar”.
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, qurum sözügedən məsələ ilə bağlı araşdırmalara başlayıb./Qafqazinfo
Bakı 



