ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, görüş mətbuata qapalı keçirilib.
Ağ Evin mətbuat katibi Karolina Levitt görüşün pozitiv və məhsuldar keçdiyini açıqlayıb.
Qeyd edək ki, bu, Trampın vəzifəyə seçildikdən sonra Netanyahu ilə səkkizinci görüşü olub. Bu görüşdən öncə Tramp Zelenski ilə bir araya gəlmişdi.
Bakı 



