• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Kreml "Wildberries"in qərarını təqdir etdi

 

DÜNYA

28 Iyul 2026 | 14:12 | Müəllif: Zeynəb Rzayeva

Kreml "Wildberries"in qərarını təqdir etdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Wildberries" şirkətinin PUA hücumlarından zərər çəkən satıcılara kömək etmək qərarını yüksək qiymətləndirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Peskov şirkətin hüquqi öhdəliyi olmasa da, dəstək göstərməsinin təqdirəlayiq olduğunu bildirib. Dövlət yardımına gəlincə, məsələnin hökumətin nəzarətində olduğu qeyd edilib.

Qeyd edək ki, iyulun 18-dən 24-dək şirkətin müxtəlif regionlardakı obyektləri PUA hücumlarına məruz qalıb. Şirkət həlak olanların ailələrinə 2 milyon rubl (təxminən 38 min manat), ağır yaralananlara isə 1 milyon rubl ödəyəcək.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026