Fransanın cənub-qərbindəki Jirond (Gironde) bölgəsində təxminən bir həftədir davam edən güclü meşə yanğını səbəbindən daha 4 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.
Bakıvaxtı.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, təxliyə olunanlar Lakanau (Lacanau) kurort zonasındakı düşərgələrdə, kəndlərdə və istirahət mərkəzlərində qalan şəxslərdir.
Qeyd edək ki, iyulun 22-dən bəri bölgədə 220 mindən çox insan təxliyə edilib, 42 min hektardan çox ərazi yanıb. Yanğının söndürülməsinə Avropa ölkələri də dəstək verir. Hazırda 2 minə yaxın yanğınsöndürən havadan və qurudan mübarizəni davam etdirir.
Zeynəb Rzayeva
Bakı 



