• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Sabah” ilk dəfə avrokubokların qrup mərhələsində

İDMAN

28 Iyul 2026 | 21:23 | Müəllif: Subhan Mahmudov

“Sabah” ilk dəfə avrokubokların qrup mərhələsində

Xəbər verdiyimiz kimi, bu gün “Sabah” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Finlandiya təmsilçisi KuPS-u səfərdə 2:0, ümumi hesabda isə 3:0 məğlub edərək ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Masazır təmsilçisi bu qələbə ilə ən pis halda UEFA Konfrans Liqasının qrup mərhələsində iştirakını təmin edib.

Bununla da “Sabah” avrokubokların qrup mərhələsində oynayacaq Azərbaycanın 4-cü klubu kimi tarixə düşüb.

Xatırladaq ki, buna qədər ölkəmizi yalnız “Neftçi”, “Qarabağ” və “Qəbələ” qrup mərhələsində təmsil edib.

Məlumat üçün bildirək ki, təmsilçimiz üçüncü təsnifat mərhələsində məğlub olarsa, yoluna Konfrans Liqasının qrupunda davam edəcək.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026