• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Oğuzda oğurladığı əşyaları Qəbələdə satan şəxs HƏBS EDİLDİ – VİDEO

HADİSƏ

15 Aprel 2025 | 14:49 | Müəllif: Əli Hüseynov

Oğuzda oğurladığı əşyaları Qəbələdə satan şəxs HƏBS EDİLDİ – VİDEO

 

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkmiş dəyəri 4 min manat olan məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Vələd Əhmədli saxlanılıb. O, oğurladığı əşyaları Qəbələ rayonunda satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Əhmədli barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026