• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

HADİSƏ

13 Yanvar 2024 | 11:55

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Naxçıvan şəhəri ərazisində “VAZ2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Elçin Kərimli narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

E.Kərimli barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR