• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub

SİYASƏT

26 Iyun 2025 | 12:13 | Müəllif: Əli Hüseynov

Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin rəhbər heyəti Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmətlə yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə qızılgüllər düzülərək ehtiram nümayiş etdirilib.

Daha sonra Zəfər parkında fəxri qarovulun iştirakı ilə Zəfər abidəsinin önünə əklil qoyulub.


Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olubMüdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olubMüdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olubMüdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026