• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Küçədə qadını bıçaqlayıb qaçan şəxs tutuldu

HADİSƏ

30 Avqust 2022 | 14:51

Küçədə qadını bıçaqlayıb qaçan şəxs tutuldu

Bakıda küçədə qadını bıçaqlayaraq avtomobillə hadisə yerindən qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, paytaxtın Yasamal rayonunda tanışı olan qadını bıçaqlayaraq avtomobillə hadisə yerini tərk edən şəxsin kimliyi müəyyənləşdirilib və o, saxlanılaraq istintaqa təhvil verilib.

Yaxınlıqdakı xəstəxanaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə zamanı qadına 9 bıçaq zərbəsi vuran naməlum şəxs "77-CZ-316" dövlət nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR