• Bakı 24° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Kərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət edib

SİYASƏT

23 Sentyabr 2025 | 11:22

Kərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət edib

Belarusda səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı, mayor Davidoviç Anatoliy Nikolayeviçin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sonra general-polkovnik K.Vəliyev Milli Qəhrəmanın anası Kima Davidoviçin evində olub, onun qayğıları ilə yaxından maraqlanıb. Mayor A.Davidoviçin qəhrəmanlığının Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin isə hər iki ölkədə daim ehtiramla yad olunduğu qeyd edilib.

Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.


Kərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət edibKərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət edibKərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət edib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026