• Bakı 15° C

    0.49 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

“Həzi Aslanov”da yaşayış binasında yanğın - Video

HADİSƏ

23 Avqust 2026 | 23:33 | Müəllif: Əli Hüseynov

“Həzi Aslanov”da yaşayış binasında yanğın - Video

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb.

Yanğını şəxsi münaqişə zəminində həmin ünvanda yaşayan şəxsin törətdiyi bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğın söndürülüb, alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

21:52

“Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı yaşayış binalarının birində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR