• Bakı 13° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Həbsdəki qardaşına narkotik gətirməkdə şübhəli bilinən şəxs saxlanıldı

HADİSƏ

02 Avqust 2024 | 17:35

Həbsdəki qardaşına narkotik gətirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Ədliyyə Nazirliyi Pentensiyar Xidmətindən məlumat verilib.

Bildirib ki, həbs olunmuş şəxs Xəzər Natiq oğlu Cabbarovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman əynindəki şalvarının cibində siqaret qutusunun içərisində gizlədilmiş üç ədəd bükülüdə ümumi təmiz çəkisi 1,042 qram narkotik vasitə hesab olunan heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026