Sentyabrın 1-i səhər saat 5 radələrində Kəlbəcər rayon Polis Şöbəsinə rayonun Vəng kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
DİN-in Mətbua Xismətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov APA-ya bildirib ki, polis əməkdaşları sözügedən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, R. İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Rəsul Quliyev hadisə nəticəsində ölüb, digər sərnişin Mübarək Nəcəfov müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
10:16
Kəlbəcər rayonu ərazisində ağır yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Vəng kəndi ərazisində “VAZ 21 099” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Hadisə nəticəsində tikinti şirkətlərinin birində çalışan sürücü, 1979-cu il təvəllüdlü Rəsul Quliyev ölüb. Sərnişin M.Nəcəfov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza yerinə Kəlbcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.








jpg-1727763056.webp)







