Şəmkirdə Kürdə batan yeniyetmənin meyiti tapılıb.
Bakıvaxtı.az-ın yerli bürosunun məlumatına görə, 2007-ci il təvəllüdlü Yaqub Ələkbərovun meyiti sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
***
15:10
Şəmkirdə bir nəfər Kürdə batıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Kür çayının rayonun Qaranüy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Əraziyə xilasedicilər, polis və təcili tibbi yardım briqadası cəlb olunub.
Kürdə batan şəxsin rayonun Çaparlı kənd sakini 2007-ci il təvəllüdlü Ələkbərov Yaqub Elbrus oğlu olduğu bildirilir.
DİN-in Mətbua Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə Kür çayının rayon ərazisindən keçən hissəsində bir nəfərin batması ilə bağlı məlumat daxil olub. Hazırda polis əməkdaşları həmin əraziyə cəlb olunub.


jpg-1725188964.jpg)



jpg-1727782900.webp)









