• Bakı 13° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İrandan Rusiyaya göndərilən 10 minə yaxın narkotik həb aşkarlandı

HADİSƏ

01 Oktyabr 2024 | 13:44

İrandan Rusiyaya göndərilən 10 minə yaxın narkotik həb aşkarlandı

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya külli miqdarda narkotik vasitənin aparılmasının qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, narkotik vasitələr “kompüter aksesuarları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilərkən aşkar edilib.

“Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamada qablaşdırılan, üzərində “Methadone 40” yazısı olan, ümumilikdə 9981 ədəd həb və 20 ədəd həb parçası aşkar olunub”, - Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR