• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Goranboyda “TIR” “KamAZ”a çırpıldı: Xeyli kömür yola dağıldı

HADİSƏ

25 Dekabr 2022 | 20:27 | Müəllif: Subhan Mahmudov

Goranboyda “TIR” “KamAZ”a çırpıldı: Xeyli kömür yola dağıldı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “TIR” markalı yük maşını ötmə əməliyyatı edən zaman digər qoşqulu yük maşını olan “KamAZ”a çırpılıb.

Qəzadan sonra “TIR”ın yük yerində olan kömür yola dağılıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.(Apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026