• Bakı 15° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Goranboy sakinində avtomat və narkotik aşkarlandı - FOTO

HADİSƏ

30 May 2023 | 08:49 | Müəllif: Qalib İbrahimoğlu

Goranboy sakinində avtomat və narkotik aşkarlandı - FOTO

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ramin Muradov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dazxili İşlər Nazirliyinin məlumatında bildirilib.

    Qeyd olunub ki, üzərindən 465 qram marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Dəliməmədli şəhərində odlu silah da gizlətməsi məlum olub. Şəhər ərazsində olan körpülərdən birinin alt hissəsinə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 30 ədəd 5.45 mm-lik patron aşkar edilərək götürülüb.

    Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.


    Goranboy sakinində avtomat və narkotik aşkarlandı - FOTOGoranboy sakinində avtomat və narkotik aşkarlandı - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR