• Bakı 17° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Daha bir qurum qismən İT sistemlərini “Hökumət buludu”na köçürdü

CƏMİYYƏT

05 Sentyabr 2025 | 10:19 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir qurum qismən İT sistemlərini “Hökumət buludu”na köçürdü

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Fərmanın tələblərinə uyğun olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb. İdarə informasiya sistemləri və ehtiyatlarını qismən “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.

“AzInTelecom” tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə Virtual server – IaaS (Infrastructure-as-a-Service) xidməti ilə təmin edilib.

Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.

“Hökumət buludu” haqqında

“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsas və Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7 rejimində monitorinq xidmətinə nail olunur.

 

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026