• Bakı 13° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

AXCP fəalına hökm oxundu - 3 il 

HADİSƏ

02 Avqust 2024 | 13:03

AXCP fəalına hökm oxundu - 3 il

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma)  təqsirləndirilən şəxs Elnur Mahal oğlu Həsənova hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, dövlət ittihamçısı Cövdət Mehrəliyev Elnur Həsənovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər. O, 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Elnur Həsənov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalıdır və 8 aydır Xətai Rayon Polis İdarəsi tərəfindən həbs olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR