• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanıldı - VİDEO

HADİSƏ

04 May 2022 | 17:03

Avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanıldı - VİDEO

Sumqayıt şəhərində avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərdə 7 nömrəli marşurut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilməsi barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma başlanılıb. Sürücünün şikayəti qeydə alınıb və xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aftandil Novruzov saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilmişdir.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanıldı - VİDEOAvtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR